...

Xüsusi rejimə əməl etməyənlər və ajiotaj yaradanlar haqqında ciddi tədbir görüləcək - Operativ qərargah (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 13 Mart 2020 21:11 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.
Xüsusi rejimə əməl etməyənlər və ajiotaj yaradanlar haqqında ciddi tədbir görüləcək - Operativ qərargah (ƏLAVƏ OLUNUB)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünyada koronavirus yayılır, pandemiya müşahidə edilir. Amma bizim ölkəmizdə vəziyyət pandemiya deyil.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, operativ qərargah vəziyyətin ağırlaşmaması üçün yeni qərarlar verib:

"Kafe və restoranlarda şənlik keçirilməsi qadağan edilir. Xüsusi rejimə əsasən, bir çox kütləvi tədbirlər qadağan edilib. Bu, o demək deyil ki, ölkəmizdə vəziyyət çox ağırdır. Bunlar qabaqlayıcı tədbirlərdir və hadisələri qabaqlayır. Bəzi ölkələr bu qabaqlayıcı tədbirləri görmədiyi üçün vəziyyət pisləşib. İndi dövlət və vətəndaşların həmrəy olması lazımdır. Xüsusi rejimə əməl etməyənlər və ajiotaj yaradanlar haqqında ciddi tədbir görüləcək. Bunun üçün ölkənin Daxili İşlər Nazirliyi var və yalan məlumat yayanlar məsuliyyətə cəlb olunacaqlar. Ona görə də əhali diqqətli olmalıdır. Rəsmi olmayan məlumatların heç birinə əhəmiyyət verilməməlidir".

İbrahim Məmmədov qeyd edib ki, Azərbaycanda vəziyyət digər ölkələrə nisbətən yaxşıdır: "İstəmirik ki, bizdə vəziyyət başqa ölkələr kimi olsun. Başqa ölkələrdə vəziyyət pisləşəndə qərar qəbul edilib. Biz isə hadisələri qabaqlamaq üçün bu qərarı qəbul etmişik. KİV-dən xahiş edirik ki, bu məsələyə ölkəmizin təhlükəsizliyi üçün çalışsın. Bu məsələdə dezinformasiya, ajiotaj yaradacaq xəbərlər olacaqsa, hüquq-mühafizə orqanları bu barədə tədbir görəcək".

Qərargah rəsmisi əlavə edib ki, xaricdən ölkəyə daxilolma halları üzrə nəzarət gücləndirilib.

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti