Bakı. Trend:
Gənclər üçün Təhsil Mərkəzi əhalinin koronavirusa qarşı mübarizə aparması üçün təbliğat kampaniyasına start verib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə maarifləndirici materiallar hazırlanıb.
Gənclər təşkilatı bütün vətəndaşlardan, media qurumlarından xahiş edir ki, əlavə edilmiş bu posterlərin və paylaşım materiallarının maksimum çox yayılmasına kömək göstərilsin.