...

Ali Məhkəmə vətəndaş müraciətlərini onlayn formada qəbul edəcək

Cəmiyyət Materials 16 Mart 2020 20:26 (UTC +04:00)
AZƏRTAC Ali Məhkəmənin saytına istinadla xəbər verir ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq vətəndaşlardan aşağıdakılar xahiş olunur:
Ali Məhkəmə vətəndaş müraciətlərini onlayn formada qəbul edəcək

Bakı. Trend:

Ali Məhkəmə vətəndaşların müraciətlərini onlayn qaydada aparacaq.

Trend-in Ali Məhkəmənin saytına istinadla xəbər verir ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq vətəndaşlardan aşağıdakılar xahiş olunur:

- vətəndaşların Ali Məhkəməyə ünvanladığı yazılı müraciətləri poçt və ya [email protected] e-poçt vasitəsilə göndərmələri, habelə www.supremecourt.gov.az saytından onlayn müraciət etmələri;

- vəkillərin kassasiya, əlavə kassasiya şikayətləri və digər prosessual müraciətləri poçt vasitəsilə göndərmələri;

- yazılı müraciətlərin məktublar qutusuna atılması;

Qeyd. Vətəndaşlar müraciətlərinin operativ araşdırılması, yaranan sualların cavablandırılması və qəbulla əlaqədar vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin işçiləri ilə əlaqə saxlaya bilərlər.

Telefon: 4890707 (daxili nömrələr: 18115, 18102, 18112, 18104).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti