...

Yaz mövsümü başlayandan 174 mindən çox ağac əkilib

Cəmiyyət Materials 18 Mart 2020 10:51 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaz ağac əkini davam edir.
Yaz mövsümü başlayandan 174 mindən çox ağac əkilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaz ağac əkini davam edir.

Trend-in məlumatına görə, ETSN-nin Meşələrin İnkişafı Departamentinin əkin sektorunun müdiri Rəhim İbrahimov bildirib ki, son bir həftə ərzində Quba, Ağcabədi, Şəmkir, Göygöl, Bərdə, Zaqatala və Şamaxı rayonlarında Regional Meşə Təsərrüfatı Mərkəzləri və yerli idarəetmə orqanlarının əməkdaşları tərəfindən 50 hektar ərazidə 58 150 ədəd müxtəlif meyvə və meşəcinsli ağac əkilib.

O qeyd edib ki, yaz ağac əkini mövsümü başlayandan bugünədək ümumilikdə regionlarda 150 hektar sahədə 174 350 müxtəlifcinsli ağac əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti