...

Daha bir ali məktəbdə videodərslərə start verilir

Cəmiyyət Materials 18 Mart 2020 14:10 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris prosesinin təxirə salındığını nəzərə alaraq Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) videodərslərə start verilir.

Aİİ-dən Trend-ə bildirilib ki, institutda təhsil alan tələbələr dərs prosesindən kənar qalmaması üçün ali təhsil müəssisəsinin rəsmi “facebook” səhifəsində (https://www.facebook.com/ilahiyyatinstitutu/) yayımlanacaq dərsləri izləyə bilərlər.

Dərslər bütün kursları əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti