...

DGK Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat ayırıb

Cəmiyyət Materials 23 Mart 2020 19:28 (UTC +04:00)
DGK Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat ayırıb

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrindən 1 milyon manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti