...

“EmbaFinans” QSC koronavirusla mübarizəyə dəstək göstərdi

Cəmiyyət Materials 24 Mart 2020 14:00 (UTC +04:00)

Bakı. Trend:

Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “EmbaFinans” QSC tərəfindən 20 min manat pul vəsaiti köçürülüb.

Məqsəd koronavirus (COVİD-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində sosial həmrəyliy nümayiş etdirmək və bu xəstəliklə mübarizəyə töhfə verməkdir.

2012-ci ildə yaradılmış “EmbaFinans” QSC Bank Olmayan Kredit Təşkilatıdır və bütün ölkə ərazisində müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti