...

Gənclər Fondunun əməkdaşları bir aylıq əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Cəmiyyət Materials 28 Mart 2020 11:53 (UTC +04:00)
Gənclər Fondunun əməkdaşları bir aylıq əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
Gənclər Fondunun əməkdaşları bir aylıq əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Bakı. Trend:

Gənclər Fondunun əməkdaşları bir aylıq əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Fonddan Trend-ə verilən məlumata görə, dünyada sürətlə yayılmaqda olan yeni növ COVİD-19 virusunun ölkəmiz üçün yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının göstərişi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində Gənclər Fondu da virtual platformalar və sosial şəbəkələr vasitəsilə mütəmadi olaraq gənclərin maarifləndirilməsi, mövcud karantin şəraitində onların asudə vaxtının səmərəli təşkili, o cümlədən gənclərin fərdi inkişafı üçün intelektual, əyləncəli və faydalı kontentin təqdim olunması məqsədilə tədbirləri davam etdirir.

Bununla yanaşı, Azərbaycan Respublikası Gənclər Fondunun aparatının və Fondun nəzdindəki “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin əməkdaşları bir aylıq əmək haqlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti