...

Operativ Qərargah: Azərbaycanda daha 27 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı

Cəmiyyət Materials 29 Mart 2020 17:18 (UTC +04:00)
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə stabildir.
Operativ Qərargah: Azərbaycanda daha 27 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı

Bakı. Trend:

Azərbaycan Respublikasında 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə stabildir.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti