...

Qusarda korovovirusla bağlı maarifləndirmə tədbirləri davam etdirilir (FOTO)

Cəmiyyət Materials 31 Mart 2020 19:44 (UTC +04:00)
Qusar rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun müxtəlif ərazilərində sakinlərlə profilaktik söhbətlər aparılıb, onlara koronavirusdan qorunmaq üçün lazımi tövsiyələr verilib.
Qusarda korovovirusla bağlı maarifləndirmə tədbirləri davam etdirilir (FOTO)

Bakı. Trend:

Qusar rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun müxtəlif ərazilərində sakinlərlə profilaktik söhbətlər aparılıb, onlara koronavirusdan qorunmaq üçün lazımi tövsiyələr verilib.

Trend-in məlumatına görə, həm şəhər, həm də kənd və qəsəbələri əhatə edən tədbirlərdə Polis Şöbəsinin əməkdaşları da iştirak ediblər. Rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə xüsusi qruplar yaradılıb. Sakinlərlə aparılan söhbətlər zamanı xüsusi karantin rejimin qaydaları bir daha xatırladılıb, bu qaydalara əməl etməyin vacibliyi vurğulanıb.

Bildirilib ki, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Bununla yanaşı insanalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti