Bakı. Trend:
2011-ci ildən fəaliyyət göstərən “Retail Group Azərbaycan” Şirkəti Səudiyyə Ərəbistanının FAWAZ ALHOKAIR qrupunun təsisçiliyi ilə yaradılmış xarici investisiyalı şirkətdir.
Şirkət Azərbaycanda Zara, Massimo Dutti, Bershka, Stradivarius və digər tanımış brendlərinin rəsmi təmsilçisidir.
Yarandığı gündən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı siyasəti dəstəkləyib. Şirkətimiz həmişə öz fəaliyyətində dövlətin siyasətini və qanunlarını rəhbər tutub.
Hal-hazırda da şirkətimiz bütün dünyada yayılmış koronavirus (COVİD-19) infeksiyasının qarşısını almaq üçün dövlət tərəfindən qəbul edilmiş profilaktik tədbirlərə və bununla əlaqədar qəbul edilən qaydalara ciddi riayət edərək, dövlətin bu istiqamətdə seçilmiş siyasətini tam olaraq dəstəkləyir.
Əhalinin bu çətin vaxtlarında, “Retail Group Azərbaycan” şirkəti öz sosial məsuliyyətini anlayaraq şirkətdə işləyən 500 nəfər işçinin sosial və maliyyə durumunu stabil saxlamaq üçün müvafiq tədbirlər görməkdədir.
Belə ki, şirkətin rəhbərliyi tərəfindən qəbul edilmiş qərara əsasən, işçilər karantində olduqları və işə gəlmədikləri bütün müddət ərzində əmək haqqlarını tam şəkildə alacaqlar.
Ümud edirik ki, biz birlikdə güclü olub COVİD-19 virusuna qalib gələcəyik! Allah Azərbaycanı qorusun!