...

Şəmistan Əlizamanlı: Biz karantin qaydalarına riayət etməklə həm özümüzü və yaxınlarımızı, həm də Vətənimizi bu virusdan qoruya bilərik

Cəmiyyət Materials 6 Aprel 2020 10:14 (UTC +04:00)
Şəmistan Əlizamanlı:  Biz karantin qaydalarına riayət etməklə həm özümüzü və yaxınlarımızı, həm də Vətənimizi bu virusdan qoruya bilərik

Bakı. Orxan Cuvarlı - Trend:

Biz karantin qaydalarına riayət etməklə həm özümüzü və yaxınlarımızı, həm də Vətənimizi bu virusdan qoruya bilərik.

Bunu Trend-ə açıqlamasında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı deyib.

Onun sözlərinə görə, dövlət bu istiqamətdə bütün mümkün tədbirləri görüb:

“Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah, digər aidiyyəti qurumlar bu virusun ölkə ərazisində təhlükəli hal almaması üçün gücləndirilmiş iş rejimində çalışır. Vətəndaşlarımız rəsmi qurumların bütün xəbərdarlıqlarına, tövsiyələrinə ciddi əməl etməli, xüsusi karantin rejiminin qaydalarına diqqətlə yanaşmalıdırlar. İnsanlar başa düşməlidirlər ki, koronavirus infeksiyasından qorunmaq üçün ən effektiv tədbir evdə qalmaqdır. Biz bu tədbirlərə riayət etməklə həm özümüzü, həm yaxınlarımızı, həm də Vətənimizi bu virusdan qoruya bilərik. Ümid edirəm ki, dünyanın və ölkəmizin üzbəüz qaldığı bu pandemiyanı ən az itki ilə sovuşdurarıq. İndiki halda, bütün tədbirlərə qeyd-şərtsiz riayət etməliyik. Dövlətimiz əlindən gələni edir”.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti