...

Heydər Əliyev Mərkəzindən Böyük Britaniyaya dəstək (VİDEO)

Cəmiyyət Materials 12 Aprel 2020 22:08 (UTC +04:00)
Heydər Əliyev Mərkəzindən Böyük Britaniyaya dəstək (VİDEO)

Bakı. Trend:

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 12-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Böyük Britaniyanın bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.

Bu barədə Trend-ə Mərkəzdən bildiriblər.

Aprelin 3-dən etibarən virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

#heydərəliyevmərkəzi #heydaraliyevcenter #Azərbaycan #Azerbaijan #UK #koronavirus #coronavirus #COVID19 #pandemiya #pandemic

Məqalədə:
Xəbər lenti

Xəbər lenti