...

Ehsan Zahidov: Nəqliyyat vasitələrində dövlət bayrağının təsvirindən örtük və ya pərdə kimi istifadə yolverilməzdir

Cəmiyyət Materials 14 Aprel 2020 15:55 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsi paytaxtda yol polisi ilə sürücü arasında mübahisə ilə bağlı sosial şəbəkədə yayılan videogörüntüyə münasibət bildirib.
Ehsan Zahidov: Nəqliyyat vasitələrində dövlət bayrağının təsvirindən örtük və ya pərdə kimi istifadə yolverilməzdir

Trend-i buradan izləyin

Bakı. Samir - Əli - Trend:

Bayrağa hörmət edən şəxs onu “Pikap”ın yük yerinə bəzək üçün çəkməz.

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Bakı şəhər sakini Rasim Ələsgərovun sosial şəbəkədə video görüntü paylaşaraq özünə məxsus “Mitsubishi Pikap” markalı avtomobilinin damına, arxasına Azərbaycanın dövlət bayrağını çəkməsinə münasibət bildirəkən deyib.

E.Zahidov bildirib: "Birdəfəlik bilməliyik ki, dövlət bayrağından harda gəldi, necə gəldi istifadə etmək olmaz. O, Azərbaycanın suverenliyinin rəmzidir. Hər bir vətəndaş, eləcə də ölkəmizdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları Azərbaycan Respublikasının "Dövlət bayrağı haqqında Qanunu" ilə tənzimlənir və orada da konkret göstərilir ki, dövlət bayrağı hansı yerlərdə qaldırıla və yerləşdirilə bilər. Nəqliyyat vasitələrində dövlət bayrağının təsvirindən örtük və ya pərdə kimi istifadə isə qətiyyən yolverilməzdir. Bayrağa hörmət edən şəxs onu “Pikap”ın yük yerinə bəzək üçün çəkməz. Ona görə də həmin sürücüdən fərqli olaraq dövlət bayrağına hörmətlə yanaşan polis əməkdaşınin tələbi tam haqlıdır və dərhal da qeyd-şərtsiz icra edilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti