...

Koronavirusdan vəfat edən şəxslər dövlət hesabına dəfn edilir

Cəmiyyət Materials 15 Aprel 2020 18:07 (UTC +04:00)
Koronavirusdan vəfat edən şəxslər dövlət hesabına dəfn edilir

Bakı. Samir Əli - Trend:

Koronavirusdan vəfat edən şəxslər dövlət hesabına dəfn edilir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu prosesdə bütün xərcləri dövlət öz üzərinə götürür.

Karantin müddətində xəstəxana və digər tibb müəssisələrində hər hansısa xəstəlikdən vəfat edən şəxslərin ailələrinə çatdırılması prosesinə gəlincə isə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, bu prosesdə cənazənin götürülməsi və dəfn edilməsi üçün ailə üzvlərinə şərait yaradılır:

"Tibb müəssislərində vəfat edənlərin ailəsinə yardım edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti