...

"Azərbaycan Sənaye Korporasiyası"nın Müşahidə Şurasının tərkibi genişləndirilib

Cəmiyyət Materials 19 Aprel 2020 13:21 (UTC +04:00)
"Azərbaycan Sənaye Korporasiyası"nın Müşahidə Şurasının tərkibi genişləndirilib

Bakı. Trend:

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin (ASK) Müşahidə Şurasının üzvlərinin sayı artırılıb.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Şuranın üzvləri siyahısına əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti