...

Astarada gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2020 10:34 (UTC +04:00)
Astarada gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi (FOTO)

Bakı. Samir Əli - Trend:

Astarada gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə bildirilib.

Qeyd edilib ki, ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonunun Qamışovka kəndində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Keçirilən baxış zamanı orada olan obyekt sahibi və Astara sakinləri olan 7 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

Həmin şəxslər Astara Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti