...

Azərbaycanda "Son zəng" tədbirləri onlayn keçirilə bilər

Cəmiyyət Materials 27 Aprel 2020 17:57 (UTC +04:00)
Azərbaycanda "Son zəng" tədbirləri onlayn keçirilə bilər

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

"Son zəng" tədbirləri onlayn keçirilə bilər.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib:

"Hər bir şagirdin həyatında “Son zəng“ tədbiri xüsusi yer tutur. Bunu hər birimiz başa düşürük. Amma priotetlərimizi də düzgün müəyyən etməliyik. 11-ci sinif şagirdləri kifayət qədər yetkin şəxslərdir. İnanıram ki, onlar da mövcud vəziyyəti düzgün dəyərləndirəcək və məntiqli qərarlar qəbul edəcəklər. Bu tədbiri sonrakı zamanlarda da keçirmək olar. İstisna etmirəm ki, bəzi şagirdlərimiz kreativlik nümayiş etdirərək “Son zəng”i onlayn rejimdə də keçirə bilərlər. Nəzərə almaq lazımdır ki, bu, xüsusi haldır. Bu müddət ərzində hər birimiz məsuliyyətimizi ortaya qoymalı və kütləvi tədbirlərdən çəkinməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti