...

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günüdür

Cəmiyyət Materials 28 Aprel 2020 10:12 (UTC +04:00)

Bakı. Trend:

28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Günüdür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan olunub. Məqsəd işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinə cəmiyyətin, xüsusilə işəgötürənlərin diqqətinn artırılmasıdır.

Günün mövzusu epidemiya zamanı işçilərin yoluxma riskindən mühafizəsinə həsr olunub.

Bunun üçün hansı tədbirlər görülməsi tövsiyə olunur?

Bu il üçün Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı BƏT tərəfindən irəli sürülən əsas mövzu pandemiya ilə əlaqədar iş yerlərində yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması, işçilərin infeksiyaya yoluxma riskindən mühafizə olunmalarıdır.

BƏT-in saytında müvafiq mövzuda dərc olunmuş materialda (https://www.ilo.org/global/topics/safety-and-health-at-work/events-training/events-meetings/world-day-safety-health-at-work/WCMS_739669/lang--en/index.htm) işə cəlb edilmiş işçilərin infeksiyadan qorunması üçün görülməli olan tədbirlər əksini tapır.

Aşağıdakı tədbirlərin həyata keçirilməli olduğu qeyd edilir:

Fiziki distansiyalar - insanlar arasında kifayət qədər məsafə saxlanılmalıdır. İşlərin mümkün olan qədər virtual görülməsi (telefon danışıqları və elektron poçt vasitəsi ilə, iclasların onlayn qaydada aparılması, işlərin növbəli təşkili və s.)

Gigiyena - iş yerlərində kifayət qədər dezinfeksiya və antiseptik vasitələrin olması, əllərin yuyulması üçün yerlərin çoxaldılması və əlyuma vasitələrinin kifayət qədər olması.

Təmizlik işləri - iş yerlərinin və iş masalarının səthlərinin mütəmadi təmizlənməsi, qapı dəstəklərinin, kompyüter avadanlıqlarının, tez-tez istifadə olunan digər əşyaların mütəmadi antiseptik materialla dezinfeksiya olunması, ümumi istifadədə olan otaqların, sanitariya qovşaqlarının dezinfeksiya olunması və s.

Təlimatlandırma və maarifləndirmə tədbirləri - işə cəlb olunmuş bütün işçilərin pandemiya şəraitində fərdi mühafizə vasitələrindən istifadə qaydalarına, öz vəzifələrini təhlükəsiz yerinə yetirmələrinə dair təlimatlandırılması.

Bildirilir ki, COVID-19 pandemiyası işçilərin və onların yaxınlarının qorunmasında əməyin mühafizəsinin önəmini bir daha təsdiqləyir. Pandemiya dövründə əməyin təhlükəsizliyi sahəsində sosial dialoqun əhəmiyyəti böyükdür. Sosial dialoq yalnız bütün işçilərin fiziki və psixoloji sağlamlığının qorumasında deyil, pandemiyanın iqtisadiyyat və əmək sferasında mənfi nəticələrininin aradan qaldırılmasında da vacib şərtdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti