...

Dövlət Komitəsi: Məktəb psixoloqlarının peşəkarlığının artırılmasına ehtiyac var

Cəmiyyət Materials 28 Aprel 2020 12:44 (UTC +04:00)
Qızların təhsildən yayınması hallarının qarşısının alınması üçün məktəb psixoloqlarının peşəkarlığının artırılmasına ehtiyac var.
Dövlət Komitəsi: Məktəb psixoloqlarının peşəkarlığının artırılmasına ehtiyac var

Bakı. İlhamə İsabalayeva – Trend:

Qızların təhsildən yayınması hallarının qarşısının alınması üçün məktəb psixoloqlarının peşəkarlığının artırılmasına ehtiyac var.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya deyib.

O əlavə edib ki, ölkədə erkən nikah və təhsildən yayınma hallarının aradan qaldırılması sahəsində maarifləndirmə işləri aparılıb və bu işlərin müsbət nəticələri də var.

Komitə rəsmisinin sözlərinə görə, 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə qeydə alınıb. Həmin dövrdə belə qızların sayı 5 138 idi. Lakin Ailə Məcəlləsinə edilən dəyişiklik və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu göstəricinin azalması müşahidə edilib. 2018-ci ildə 18 yaşadək nikaha girən qızların sayı 338 olub. Eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı da 2011-ci ildə 4 392 idisə, 2018-ci ildə bu rəqəm azalaraq 2 129 olub:

“Ölkədə erkən nikahlara qarşı tədbirlərin gücləndirilməsi müsbət nəticələr versə də davam etdirilməlidir. Təhsil müəssisələrində qızların təhsildən yayınması hallarının qarşısının alınması istiqamətində işlərin gücləndirilməsinə, məktəb psixoloqlarının peşəkarlığının artırılmasına ehtiyac var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti