...

Təhsil Nazirliyi: Hansı ixtisaslar üzrə əlavə buraxılış işinin tələb olunacağı ali məktəblər tərəfindən müəyyən ediləcək

Cəmiyyət Materials 20 May 2020 12:46 (UTC +04:00)
Təhsil Nazirliyi: Hansı ixtisaslar üzrə əlavə buraxılış işinin tələb olunacağı ali məktəblər tərəfindən müəyyən ediləcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Təhsil Nazirliyi yekun attestasiyası aparılacaq tələbələr üçün hansı ixtisaslar üzrə əlavə buraxılış işinin yerinə yetirilməsi tələbinin qoyula biləcəyini açıqlayıb.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov bildirib ki, tələbədən hansı ixtisaslar üzrə əlavə buraxılış işinin yerinə yetirilməsinin tələb ediləcəyi ali təhsil müəssisəsi tərəfindən müəyyən ediləcək:

“Bu ixtisaslar texniki, incəsənət, mədəniyyət ixtisasları üzrə ola bilər. Təhsil Nazirliyi tərəfindən bununla bağlı tələb qoyulmur”.

Y.Ömərov qeyd edib ki, tələbə ona yazılan qiymətlə razılaşmadıqda, təhsil aldığı məktəbə müraciət etmək onun hüququdur. Bu zaman onun üçün imtahan təşkil ediləcək:

“Buraxılış işinin təşkil edilməsi prosesinə semestrin əvvəlindən başlanılır. Onun müdafiəsi olmaya bilər. Tələbə buraxılış işini elektron formada, yaxud kağız daşıyıcıda təqdim edə bilər. Bunun əsasında ona Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin yazılması nəzərdə tutulur".

Y.Ömərov deyib ki, Nazirlər Kabineti “Bakalavriat (əsasən tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən, dövlət imtahanının keçirilməsi nəzərdə tutulmur. Buraxılış işini təqdim edən tələbə onu müdafiəsində iştirak etməyə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti