...

Bakıda Ramazan bayramı yarmarkalarına hazırlıq işləri başlayıb (FOTO)

Cəmiyyət Materials 22 May 2020 16:03 (UTC +04:00)
Bakıda Ramazan bayramı yarmarkalarına hazırlıq işləri başlayıb (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda keçiriləcək bayram yarmarkaları ilə bağlı hazırlıqlar başlayıb.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-dən bildiriblər.

Qeyd olunub ki, Ramazan yarmarkaları 23-24 may tarixlərində baş tutacaq:

"Fermerlərin və yarmarka ziyarətçilərinin təhlükəsizliyinə xüsusi diqqət yetiririk. Belə ki, 23-24 may tarixlərində baş tutacaq "Kənddən Şəhərə" Ramazan yarmarkalarının keçiriləcəyi məkanlarda təmizlik dezinfeksiya işləri aparılıb, xüsusi vasitələrlə təchiz olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti