...

Ramin Bayramlı: Ölkədə aktiv xəstələrlə yanaşı, ağır vəziyyətdə olanların da sayı artıb

Cəmiyyət Materials 29 May 2020 18:18 (UTC +04:00)
Ramin Bayramlı: Ölkədə aktiv xəstələrlə yanaşı, ağır vəziyyətdə olanların da sayı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkədə aktiv koronavirus xəstələrinin sayı ilə yanaşı, ağır vəziyyətdə olanların da sayı artıb.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bayram həftəsinin olmasına baxmayaraq, Operativ Qərargahın tibbi bölməsi əks-epidemik istiqamətdə fəaliyyətini fasiləsiz olaraq davam etdirib.

R.Bayramlı qeyd edib ki, bu gün ilk dəfə olaraq, 200-dən çox insanda koronavirus aşkarlanıb. Artıq daha çox hədəf qrupları üzərində testin aparılmasına üstünlük verilir:

"Hazırda 22 xəstəxanada 1 806 aktiv xəstə müalicə edilir. Yoluxma sayı həftələr üzrə artan istiqamətdə qeydə alınıb. 18-24 may tarixlərində 848 nəfərdə, ondan əvvəlki həftə ərzində isə 755 nəfərdə koronavirus xəstəliyi aşkarlanıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti