...

TƏBİB: Valideynlər uşaqları qorumaq üçün qaydalara daha ciddi riyayət etməlidirlər

Cəmiyyət Materials 4 İyun 2020 18:10 (UTC +04:00)
TƏBİB: Valideynlər uşaqları qorumaq üçün qaydalara daha ciddi riyayət etməlidirlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Bir sıra ökələrdə yaşı 18-20-dən aşağı olan şəxslərin küçəyə çıxmasına qadağa qoyulur, çünki onlar xəstəliyi daha çox asimptomatik keçirirlər.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, Azərbaycanda belə bir məhdudiyyətin keçirilməsi nəzərdə tutulmur:

“Amma valideynlərə müraciət edirik ki, övladları qorumaq üçün müvafiq qaydalara daha çox əməl etsinlər. Uşaqlar xəstəlikləri evdə yaşlı insanlara da keçirə bilərlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti