...

İstanbulda yol qəzasında Azərbaycan vətəndaşları xəsarət alıblar

Cəmiyyət Materials 9 İyun 2020 08:56 (UTC +04:00)
İstanbulda yol qəzasında Azərbaycan vətəndaşları xəsarət alıblar

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulun Maltəpə rayonunda baş verən yol qəzası zamanı iki Azərbaycan vətəndaşı xəsarət alıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, adları çəkilməyən azərbaycanlılar xəstəxanaya yerləşdiriliblər. Qəzanın səbəbi yük avtomobilinin Azərbaycan vətəndaşları olan sürücüsünün idarəetməni itirməsi olub.

Bildirilir ki, xəsarət alanların vəziyyəti normaldır. Hadisənin təfərrüatları barədə xəbər verilmir.

Twitter: @rhafizoglu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti