...

"Son zəng" sabah virtual qeyd ediləcək (VİDEO)

Cəmiyyət Materials 11 İyun 2020 16:52 (UTC +04:00)
Sabah ümumtəhsil müəssisələrinin şagirdləri üçün "Son zəng" virtual olaraq, qeyd ediləcək.
"Son zəng" sabah virtual qeyd ediləcək (VİDEO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Sabah ümumtəhsil müəssisələrinin şagirdləri üçün "Son zəng" virtual olaraq, qeyd ediləcək.

Trend-in məlumatına görə, virtual "Son zəng"də əvvəlcə Azərbaycanın dövlət himni səsləndiriləcək. Daha sonra son 3 ay ərzində teledərsləri keçən müəllimlər "Azərbaycanım" mahnısını ifa edəcəklər.

Virtual "Son zəng"i iyunun 12-də saat 12.30-da "Mədəniyyət və "ARB24", "Real TV" kanallarında, eləcə də Təhsil Nazirliyinin sosial şəbəkədəki səhifəsində, 12.25-də İctimai TV-də izləmək mümkün olacaq.

Qeyd edək ki, COVİD-19 pandemiyası ilə əlaqədar bu il martın 3-dən ölkənin bütün təhsil müəssisələrində təlim-tədris prosesi dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti