...

Azərbaycanda virtual “Son zəng” keçirilir (VİDEO)

Cəmiyyət Materials 12 İyun 2020 12:26 (UTC +04:00)
Azərbaycanda virtual “Son zəng” keçirilir (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng" tədbiri başlayıb.

Trend-in məlumatına görə, bu ilinin məzunları üçün son zəng ötən illərdən fərqli olaraq Təhsil naziri Ceyhun Bayramov çalıb.

Virtual "Son zəng"i “Mədəniyyət”, “ARB 24” və “REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən, həmçinin saat 12:25-də İctimai televiziyanın efirindən izləmək mümkündür.

Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin 11-ci siniflərini 80 646 şagird bitirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti