...

Ceyhun Bayramov: "Son zəng"i arzuladığımız kimi keçirə bilməməyimiz bizi məyus edir

Cəmiyyət Materials 12 İyun 2020 12:50 (UTC +04:00)
Təhsil naziriyi Ceyhun Bayramov "Son zəng"lə əlaqədar 11-ci sinif məzunlarına müraciət edib.
Ceyhun Bayramov: "Son zəng"i arzuladığımız kimi keçirə bilməməyimiz bizi məyus edir

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil naziri Ceyhun Bayramov "Son zəng"lə əlaqədar 11-ci sinif məzunlarına müraciət edib.

Trend-in məlumatına görə, məzunları təbrik edən C.Bayramov müraciətində bildirib ki, məzunlar üçün unudulmaz olan "Son zəng"i arzuladığımız kimi keçirə bilməməyimiz bizi də məyus edir:

"Lakin bunun səbəbi bütün dünyada baş verən pandemiyanın gətirdiyi yeni bir reallıqdır. Sizin sağlamlığınız bizim üçün ən önəmli məsələdir. Bu tədris ilinin ikinci yarımilindən şagirdlər doğma məktəblərindən, müəllimlərindən, müəllimlərimiz isə şagirdlərindən ayrı düşməli olublar. Məktəb hər bir şagird üçün ikinci evi qədər doğmadır. Lakin bizim müəllimlərin yorulmaz fəaliyyəti nəticəsində bu ayrılıq bir o qədər hiss edilmədi. Pandemiya dövründə təhsil prosesinin fasiləsizliyini təmin etmək üçün səylərini əsirgəmədən fədakar çalışan müəllimlərə öz dərin təşəkkürümü bildirirəm. Onlar öz şəxsi qayğılarını unudaraq, evdən virtual dərslər keçməklə hər zaman şagirdlərin yanında oldular, onların təhsili naminə çalışdılar. Bu dövr valideynlər üçün bir sınaq oldu".

Qeyd edək ki, bu il pandemiya ilə əlaqədar "Son zəng" virtual şəkildə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti