Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakıda binaların qarşısında zibil atmaq üçün xüsusi konteynerlər yerləşdiriləcək.
Bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, artıq bu konteynerlərin quraşdırılması prosesinə başlanılıb. Bu konteynerlər yalnız yaxınlığında zibil qabı olmayan binaların ətrafında qoyulacaq. Bununla əlaqədar artıq 1000 konteyner ayrılıb və bunlar yalnız iki gün - sərt karantin günləri üçün nəzərdə tutulub”.
E.Həbibullayev əlavə edib ki, bundan öncəki sərt karantin rejimi dövründə insalar çörəyi aşırı dərəcədə çox alıblar və sonrakı günlərdə onları zibil qabına atıblar: “Atılmış çörəkləri görəndə belə təəssürat yaranmışdı ki, insanlar sanki çörəyi iki günlük deyil, bir həftəlik alıblar”.