...

Kamran Əliyev: Qanuni tələblərə məhəl qoymayan şəxslər polis bölməsinə aparıla bilərlər

Cəmiyyət Materials 12 İyun 2020 17:54 (UTC +04:00)
Kamran Əliyev: Qanuni tələblərə məhəl qoymayan şəxslər polis bölməsinə aparıla bilərlər

Bakı. Samir Əli - Trend:

Sərt karantin qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, polisin qanuni tələblərinə məhəl qoymayan şəxslər polis bölməsinə aparıla bilər:

"Əgər şəxs başqa adama virus yoluxdurarsa və bu, təsdiqlənərsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilir. Karantin qaydalarını pozan şəxs əgər polisə müqavimət göstərirsə, qanunun tələblərinə uyğun olaraq həmin şəxs yaxınlıqdakı polis bölməsinə aparılır. Bölmədə qanunvericiliyin tələblərinə uyğun məsuliyyət növü tətbiq edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti