...

Çimərliyə getmək üçün əvvəlcədən elektron növbə götürüləcək

Cəmiyyət Materials 12 İyun 2020 18:06 (UTC +04:00)
Çimərliklərə bağlı elektron növbə sistemi Bakı Şəhər İcra Hakimiyyəti ilə ASAN Xidmətin “Elektron Hökumətin İnkişafı Mərkəzi” tərəfindən hazırlanır.
Çimərliyə getmək üçün əvvəlcədən elektron növbə götürüləcək

Bakı. Elçin Mehdiyev – Trend:

Çimərliklərlə bağlı elektron növbə sistemi Bakı Şəhər İcra Hakimiyyəti ilə ASAN xidmətin “Elektron Hökumətin İnkişafı Mərkəzi” tərəfindən hazırlanır.

Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, çimərliklərə icazə yerlərin sayına uyğun veriləcək: “Bildiyiniz kimi, ASAN xidmətdən əvvəlcədən elektron növbə götürməklə istifadə etmək olur. Eyni prinsiplə çimərliklər üçün növbə sistemi hazırlanır. Bu sistem imkan verəcək ki, çimərliyin qəbul edə biləcəyi həddə insanlara növbə verilsin. Əgər növbə dolubsa, sistem icazə verməyək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti