...

Ombudsmanın Cəlilabad Regional Mərkəzi videokonfrans keçirib

Cəmiyyət Materials 16 İyun 2020 18:50 (UTC +04:00)
Ombudsmanın Cəlilabad Regional Mərkəzi videokonfrans keçirib

Bakı. Trend:

Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Salyan şəhər A. Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Neftçala rayon M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Lənkəran şəhər, O.Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi və Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın ilə birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Günü və 18 iyun- İnsan Hüquqları Gününə həsr olunmuş "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında insan hüquqları konsepsiyasının müəllifidir" mövzusunda maarifləndirici regional videokonfrans keçirilib.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, videokonfransda Lənkəran şəhər O.Mirzəyev adına Qarışıq Tipli Uşaq Evinin direktoru İradə Axundova, Salyan şəhər A. Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktor müavini Teymur İbadov, Neftçala rayon M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Aytəkin Mahmudova, Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Şərqiyyə Eminova, bu müəssisələrdən psixoloq, uşaq birliyi rəhbərləri və digər əməkdaşlar iştirak ediblər.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın adından videokonfrans iştirakçılarını salamlayaraq, bu gün Azərbaycanın dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolu haqqında danışıb. O, Ümummilli Liderin əsasını qoyduğu hüquqi islahatların hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Z. İsmayılov Müvəkkilin təşəbbüsü ilə 18 may-18 iyun tarixlərində İnsan Hüquqları Aylığının keçirilməsinin əhəmiyyəti, Ombudsmanın insan hüquqlarının təmin edilməsi ilə bağlı çoxşaxəli fəaliyyəti, o cümlədən uşaq hüquqlarının müdafiəsi barədə geniş məlumat verib.

Videokonfransda çıxış edənlər Ulu Öndərin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti