...

Buraxılış və qəbul imtahanları ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA

Cəmiyyət Materials 18 İyun 2020 19:37 (UTC +04:00)
Buraxılış və qəbul imtahanları ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA

Bakı. Samir Əli - Trend:

Buraxılış və qəbul imtahanları ilə bağlı müzakirələr aparılır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib. Onun sözlərinə görə, 2 həftə ərzində buraxılış və qəbul imtahanları təxirə salına bilər:

"Buraxılış və qəbul imtahanları növbəti həftələrə keçirilə bilər. Bu barədə Təhsil Nazirliyi ilə də müzakirələr aparılır. Nazirlər Kabinetinin qərarında bu məsələyə aydınlıq gətiriləcək, amma ola bilsin ki, Naxçıvanda bu imtahanlar vaxtında keçirilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti