...

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi - 3 il

Cəmiyyət Materials 19 İyun 2020 16:30 (UTC +04:00)
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi - 3 il

Bakı. Trend:

İyunun 20-də Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) yaranmasının 3 ili tamam olur. Bu 3 il ərzində açıq məkanda reklamı olan və reklam yerləşdirmək istəyən sahibkarların işinin asanlaşdırılması və şəffaf mühitin yaradılması istiqamətində bir sıra işlər görülüb, yeniliklər tətbiq olunub. Bunun nəticəsidir ki, açıq məkanda reklamı olan sahibkarlar arasında aparılan sorğuya əsasən onların əksəriyyəti ADRA-nın fəaliyyətindən razıdır.

Agenliyin isə qarşıda daha inamlı və yeni hədəfləri var. Bakıda və bölgələrdəki reklamların estetik görünüşünə xüsusi diqqət yetirilməsindən əlavə yeni reklam qurğularının ölkəmizdə istehsalı və seçimi zamanı ictimai rəyin nəzərə alınması, İcazələr Sistemi də daxil olmaqla yeni elektron xidmətlərin tətbiqi və təkmilləşdirilməsi qurumun prioritetləri sırasındadır. Dövlət Reklam Agentliyi yarandığı gündən açıq məkan reklamçılığında yaratdığı əlverişli şəraitlə yanaşı, ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak edir. Son günlər bütün dünyada tüğyan edən COVİD-19 virusu ilə mübarizəyə Agentlik də öz dəstəyini verməkdədir. Biz birlikdə güclüyük! Hədəfimiz güclü olub açıq məkan reklamçılığında da yeni mərhələyə qədəm qoymaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Prezident İlham Əliyevin 2017-ci il 20 iyun tarixli Fərmanı ilə yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti