...

Bu şəhər və rayonlarda yaşayanlara da 190 manat veriləcək - Nazir açıqladı (VİDEO)

Cəmiyyət Materials 5 İyul 2020 21:47 (UTC +04:00)
Bu şəhər və rayonlarda yaşayanlara da 190 manat veriləcək - Nazir açıqladı (VİDEO)

Bakı. Asif Mehman - Trend:

Ümumilikdə 16 rayon və şəhər üzrə işsiz və karantin rejimində işini itirmiş 287 min şəxsdə 190 manat ödəniləcək.

Trend-in məklumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev açıqlamasında bildirib.

Nazir bildirib ki, bununla bağlı 55 milyon manat vəsait ayrılıb, qərar layihəsi hazırlanıb və yaxın günlərdə Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.İşsiz şəxslərə və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə bu ödəmə veriləcək. Beləliklə, xüsusi karantin rejiminin sərtləşdirildiyi ümumilikdə 16 şəhər və rayon üzrə 287 min insana yaxın günlərdə bank kartları vasitəsilə bu ödəniş veriləcək.

Qeyd edək ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərləri və Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki və Abşeron rayonlarında tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti