...

DİN rayonlarda əməliyyata başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı (YENİLƏNİB)

Cəmiyyət Materials 9 İyul 2020 13:47 (UTC +04:00)
DİN rayonlarda əməliyyata başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Kənd Təsərrüfatı Nazirliyi Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı keçirilən əməliyyata münasibət bildirib.

Trend-in məlumatına görə, Nazirliyin mətbuat katibi Vüqar Hüseynov bildirib ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir. Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyatın təfərrüatı ilə bağlı birgə məlumat yayılacaq.

X X X

13:47

Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Kənd Təsərrüfattı Nazirliyi ölkədə fermerlərə verilməli olan subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat ölkənin bir neçə rayonunda keçirilib. Əməliyyat zamanı özəl sektorun onlarla əməkdaşı mənimsəmədə ittiham olunaraq saxlanılıblar.

Araşdırmalar zamanı həmin şəxslərin külli miqdarda aqrar subsidiyaları mənimsəməsi faktı üzə çıxıb. Saxlanılan şəxslərin əksəriyyəti ölkədə gübrə təchizatçısı olan şirkətlərin rəhbərləridir. Hazırda əməliyyat davam etdirilir. Hadisə barədə ictimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

XXX

13:38

DİN Kənd Təsərüfatı Nazirliyi ilə birgə kənd təsərrüfatı sahəsində vəzifəli şəxslərə qarşı əməliyyat keçirir.

Trend-in məlumatına görə, əməliyyatda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Kənd təsərrüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaların mənimsənilməsilə bağlı özel sektorda vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

Məlumatlara görə, 10-dən çox rayonda fermerlərə ayrılan subsidiyalar mənimsənilib.

Əməliyyat barədə ictimaiyyətə geniş məlumatın veriləcəyi bildirlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti