Bakı. Samir Əli - Trend:
Karantin vaxtlarında bölgələrdə olan xəstələrin Bakıya xəstəxanalara gəlməsinə icazə verilir.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, bununla bağlı xəstələr yaşadıqları rayonun tibb müəssisəsindən həkim göndərişi almaqla Bakıya sərbəst gələ bilir: "Bundan başqa həmçinin işlə bağlı da müəyyən şəxslər var ki onların Bakıya gəlməsinə icazə verilir".