...

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Cəmiyyət Materials 10 İyul 2020 21:36 (UTC +04:00)
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Bakı. Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 10-na olan statistik göstəriciləri açıqlayıb.

Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 576 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 552 311 test aparılıb. Aktiv xəstə sayı 8 605 nəfərdir, onlardan 343 nəfər reanimasiyadadır, 48 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti