Bakı. İlhamə İsabalayeva – Trend:
İmtahanda hər bir iştirakçıdan bəyannamə tələb edirik. O bəyannamədə göstərilir ki, son 15 gündə onun özündə, ailə üzvlərində, təmasda olduğu şəxslərdə virusa yoluxma faktı aşkarlanmayıb.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, koronavirusa yoluxmuş və artıq sağalmış şəxslər imtahanda iştirak edə bilərlər:
“Ola bilsin ki, kimdəsə bu yoluxma faktı olub və artıq onun sağalma dövrü başa çatıb. Belə şəxslərin gələcək imtahanlarda iştirakı ilə bağlı problem yoxdur və onlar imtahanlarda iştirak edə bilərlər”.