...

Bu il Qurban bayramı fərqli olacaq - RƏSMİ

Cəmiyyət Materials 20 İyul 2020 17:36 (UTC +04:00)
Bu il Qurban bayramı fərqli olacaq - RƏSMİ

Bakı. Elçin Mehdiyev – Trend:

Qurban bayramının keçirilməsi ilə bağlı müvafiq tədbirlər planı hazırlanır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.

O qeyd edib ki, bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək: “Biz anlamalıyıq ki, bu il Qurban bayramı digər illərin Qurban bayramı ilə eyni olmayacaq. Biz pandemiya şəraitində yaşayırıq və müəyyən kompromisə getmək məcburiyyətindəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti