...

Ödənişli ictimai işlərə cəlb edilənlərin sayı 65 mini ötüb (FOTO)

Cəmiyyət Materials 30 İyul 2020 16:43 (UTC +04:00)
Ödənişli ictimai işlərə cəlb edilənlərin sayı 65 mini ötüb (FOTO)

Bakı. Trend:

Ödənişli ictimai iş yerləri ilə təmin olunanların sayı artmaqda davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb və həmin işlərə cəlb edilənlərin sayı artıq 65 mini ötüb. Haqqı ödənilən ictimai işlərə cəlb edilən şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanır.

Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi, eləcə də abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq və s. kimi sahələri əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti