...

Azərbaycanlı Kanadalılar Şəbəkəsi Torontoda ermənilərin soydaşlarımıza hücumu ilə bağlı məlumat yaydı

Cəmiyyət Materials 2 Avqust 2020 23:02 (UTC +04:00)

Bakı. Trend:

Avqustun 2-ə keçən gecə Kanadanın azərbaycanlı icmasının iki nümayəndəsi Toronto şəhərində bir qrup erməni icmasına mənsub olan şəxslər tərəfindən hücuma məruz qalıblar.

Azərbaycanlı Kanadalılar Şəbəkəsindən Trend-ə verilən məlumata görə, ermənilər iki azərbaycanlıya hücum edib və öz avtomobilləri ilə azərbaycanlıların avtomobillərini əziblər. Hadisə nəticəsində bir soydaşımız ayağından yaralanıb və ona təcili tibbi yardım göstərilib. Hücum edənlər soyuq silah, pnevmatik tapança və beysbol taxtaları ilə silahlı olublar. Hücuma məruz qalanların avtomobilinə böyük ziyan vurulub.

Toronto şəhər polisi cinayət baş verən əraziyə çağrılıb və hal-hazırda hadisəni araşdırmaqdadır.

Azərbaycanlı Kanadalılar Şəbəkəsi bu hadisəni kəskin şəkildə pisləyir və bu hadisəni nifrət zəminində törədilmiş cinayət kimi qiymətləndirir, eyni zamanda icma üzvlərini sakitliyə və təxribatlara uymamağa dəvət edir. Gələcəkdə bu cür hadisələr baş verərsə mütləq hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur.

Azərbaycanlı icma üzvlərinə qarşı bu təxribat iyul ayının 12-14-də Ermənistan tərəfindən Azərbaycana qarşı edilən hərbi hücumdan sonra baş verməsi xüsusi narahatlıq yaradır. Dövlətlər arasında yaşanan gərginliklərin xaricdə yaşayan diaspor üzvlərinə qarşı bu cür hərəkətlər vasitəsilə daha da alovlandırılması qəbuledilməzdir və birmənalı şəkildə qınanmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti