...

Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir

Cəmiyyət Materials 12 Avqust 2020 09:27 (UTC +04:00)
Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir.
Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir.

Trend-in məlumatına görə, 2019-cu ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda 15-19 yaşlı əhalinin 0,2 faizi, 20-44 yaşlı əhalinin 13,6 faizi, 45-64 yaşlı əhalinin 21,5 faizi siqaret çəkir.

Siqaret çəkənlərin 13,2 faizinin yaşı 65-dən çoxdur. Əhalinin 5,3 faizi gündə 20 ədəddən çox siqaret çəkir.

Tədqiqata əsasən, ölkədəki kişilərin 31,8 faizi siqaret çəkir. Ümumilikdə ölkədə 15-19 yaşlı kişilərin 0,4 faizi, 20-44 yaşlı kişilərin 27 faizi siqaret çəkir.

Siqaret çəkənlərin böyük hissəsini 45-64 yaşlı kişilər təşkil edir. Onların 47,2 faizi siqaret çəkir.

Ölkədəki qadınların bütün yaş qrupları üzrə siqaret çəkmə göstəricisi 0,0 faiz (məlumat çox kiçik rəqəmlə xarakterizə olunduqda o, 0,0 kimi qeyd edilir-İ.İ) qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti