...

I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF

Cəmiyyət Materials 12 Avqust 2020 15:08 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Orta məktəblərin I, V, IX sinifləri üçün həftədə üç dəfə, ara siniflər üçün həftədə iki dəfə tədrisi nəzərdə tutan cədvəllər hazırlasın, X və XI siniflərdə tədris tam onlayn qaydada təşkil edilsin.

Trend-in məlumatına görə, bu məsələ Təhsil Nazirliyinə ictimaiyyət nümayəndələrindən daxil olan təkliflərdə yer alıb.

Təkliflərə əsasən, tədris planlarında dərnəklər və fakültətivlərə saat ayrılmasın. Baza və praktiki fənlər (tədris dili, xarici dil, riyaziyyat, kimya, fizika) əyani, digər fənlər onlayn-məsafədən tədris edilsin (qarışıq tədris modeli). Fiziki tərbiyə və həyat bilgisi dərsləri mütləq keçirilsin və həmin dərslərə pandemiya və sağlamlığın qorunması ilə bağlı aktual olan mövzu və idman hərəkətləri daxil edilsin. Bu fənlər, xüsusilə fiziki tərbiyə dərsi əlavə dərs cədvəli müəyyən olunaraq tədris oluna bilər.

Tədris həftəsi müddətində hər məktəbdə bir həkim və ya tibb bacısının olması təmin olunsun. Xəstəliyə yoluxmuş şagirdlərin təhsili məktəblər tərəfindən məsafədən təşkil olunsun.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə şagirdlərin məktəb binasına müxtəlif qapılardan daxil olmasının təmin edilməsi üçün mövcud olan bütün giriş qapılarından istifadə qaydaları (fərqli siniflər və fərqli otaqlar) müəyyən edilsin. Məktəb binalarının qarşısında sosial məsafəni gözləmək üçün nişanlayıcı xətlər çəkilsin. Şagirdlərə dərslik komplektləri xüsusi bağlamalarda verilsin. Lazımi elektron avadanlığı olmayan (onlayn dərslər üçün) müəllim və şagirdlər üçün bunlar təmin olunsun.

Məktəb heyəti müvafiq qoruyucu vasitələrlə (lazım olduqda xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska, dezinfeksiya vasitələri) təmin olunsun. Bədən hərarəti yüksək olan şagirdlər məktəbdəki həkimin rəyinə uyğun olaraq məktəbə buraxılmasın. Qapıda termometr və dezinfeksiya aparatı qoyulsun, hər kəs ondan məcburi istifadə etsin.

Təkliflərsdə bu da qeyd edilib ki, məktəblərdə davamiyyət məcburi olmasın. Bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə müəyyən edilsin.

Bir gün ərzində maksimum beş dərs (əyani və ya onlayn) müəyyənləşdirilsin. Onlayn dərslərin uçotu aparılsın. Bununla bağlı qanunverici bazaya müvəqqəti əlavə edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti