...

Xəzərin ekoloji mühitinə mənfi təsirlərin azaldılması üçün müzakirələr aparılıb

Cəmiyyət Materials 13 Avqust 2020 14:23 (UTC +04:00)
Xəzərin ekoloji mühitinə mənfi təsirlərin azaldılması üçün müzakirələr aparılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Xəzər dənizinin çirklənməsinin qarşısının alınması və bu problemin aradan qaldırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, maraqlı və məsul tərəflərin iştirakı ilə “Xəzər dənizinin ekoloji vəziyyəti: risklər və təkliflər” mövzusunda videokonfrans formatında görüş keçirilib.

Trend-in məlumatına görə, bunu Nazirliyin şöbə müdiri Rasim Səttar-zadə bildirib.

O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirlikləri, Dövlət Sərhəd Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Neft Şirkəti, “Azərsu” ASC, Meliorasiya və Su Təsərrüfatı ASC və ETSN yanında İctimai Şuranın nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Xəzərin ekoloji problemləri, görülmüş və görüləcək işlər, dənizin ekoloji mühitinə mənfi təsirlərin azaldılmasına birgə nail olunması ətrafında müzakirələr aparılıb.

“Onlayn görüşdə aidiyyəti qurumların, ictimaiyyətin və qeyri-hökumət təşkilatlarının bu istiqamətdə fəaliyyətinin vacibliyi vurğulanıb, Xəzərin çirklənmədən qorunması məsələsinin gündəmdə saxlanılması, konkret tədbirlərin görülməsi və cavabdeh məsul tərəflərlə mütəmadi fikir mübadiləsinin aparılması qərara alınıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti