Bakı. Asif Mehman - Trend:
Dünya üzrə yoluxma sayı 21 milyondan artıqdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, bu da dünyanın gündəliyində qalmaqdadır. Azərbaycan beynəlxalq təcrübəni mütəmadi olaraq izləyir və öyrənir:
"Bir sıra ölkələrdə karantin rejiminin yenidən sərtləşdirilməsi prosesi gedir. Xüsusən Avropa ölkələrində müşahidə olunur. Azərbaycanda rəqəmlərin aşağı düşməsi vətəndaşların məsuliyyətli davranışının, qabaqlayıcı tədbirlərin nəticəsidir. Günlərdən asılı olaraq qismən və cüzi artma müşahidə olunur, bu da insanların aktivlik dinamikası ilə bağlıdır".
"Bir daha vətəndaşlardan karantin tələblərinə əməl olunmasını xahiş edirik. Bizim birgə səylərimizlə bu nəticələrə nail olmuşuq, epidemioloji vəziyyət və dünya praktikası öyrənilərək yumşalma prosesi başlayıb".