...

Azərbaycanda "Mobil notariat" proqramına xüsusi maraq var

Cəmiyyət Materials 21 Avqust 2020 12:36 (UTC +04:00)
Azərbaycanda gündəlik 10 mindən çox notariat hərəkəti yerinə yetirilir.
Azərbaycanda "Mobil notariat" proqramına xüsusi maraq var

Bakı. Samir Əli - Trend:

Azərbaycanda gündəlik 10 mindən çox notariat hərəkəti yerinə yetirilir.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat İdarəsinin baş məsləhətçisi Zaur Hüseynov deyib.

Onun sözlərinə görə, son dövrlər "Mobil notariat" proqramına xüsusi maraq var:

"Ötən il istifadəyə verilən "Mobil notariat" tətbiqi vətəndaşlar arasında inam yaratdı. Artıq tətbiq 60 min nəfər tərəfindən yüklənilib. O cümlədən bu proqram vasitəsi ilə indiyədək 20 min notariat hərəkəti yerinə yetirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti