Bakı. Samir Əli -Trend:
Hazırda ölkədə ən çox yoluxma Bakı və Abşerondadır.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, yoluxma artmaqdadır: "Ölkə üzrə ümumi yoluxmanın 50 faizə yaxını bu ərazilərdədir. Ən çox 50-59 yaş həddində olan insanlar bu virusa daha çox yoluxub. Son həftədə 651 nəfər bu virusa yoluxub. Yoluxmanın artmasına səbəb yumşalmalarla bağlıdır. Amma bu o demək deyil ki, biz bununla razılaşmalıyıq. Hər birimiz qaydalara riayət etməliyik. Maskalardan istifadə vacibdir. Qaydalara riayət etsək yoluxmanın artmasının qarşısını ala bilərik".