...

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Cəmiyyət Materials 28 Avqust 2020 12:44 (UTC +04:00)
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bakı. Ceyhun Ələkbərov - Trend:

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Trend-in paytaxtın kommunal strukturlarından əldə etdiyin məlumata görə sabah, avqust ayının 29-u səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti