...

Bahar Muradova: Münaqişəli ailələrdə barışığın cəmi bir dəfə qəbul edilməsi təklif olunub

Cəmiyyət Materials 31 Avqust 2020 11:28 (UTC +04:00)
Bahar Muradova: Münaqişəli ailələrdə barışığın cəmi bir dəfə qəbul edilməsi təklif olunub

Bakı. İlhamə İsabalayeva - Trend:

]Azərbaycanda məişət zorakılığı ilə bağlı sanksiyaların Cinayət Məcəlləsinə daxil edilməsi nəzərdə tutulub.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, Komitə tərəfindən “Məişət zorakılğının qarşısının alınması haqqında” Qanunun tətbiq edilməsi məqsədilə dəyişiklik ediləcək qanunvericilik aktları təhlil olunur. Məişət zorakılığına qarşı mübarizəni daha operativ təmin etmək məqsədilə zorakılıq qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsinin optimallaşdırılması, qurbanların sığınacaqlara yerləşdirilməsinin asanlaşdırılması və bununla əlaqədar digər məsələrin qəbul edilməsi diqqət mərkəzindədir.

B.Muradova qeyd edib ki, bu təkliflərin gerçəkləşdirilməsi və gender-əsaslı zorakılıqla mübarizəni həyata keçirmək üçün Komitənin təşəbbüsü ilə “Azərbaycan Respublikasında məişət zorakılığının aradan qaldırılması və onunla mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanıb. Milli fəaliyyət Planında ən vacib məsələlərdən biri məişət zorakılığına dair qanunverciliyin təkmilləşdirilməsidir:

"Bəzən zorakılıq hallarının ağır olması və hadisəni törədənin inzibati qaydada məsuliyyətə cəlb edilməsi həmin ailələrdə məişət zorakılığının davamlı olmasını göstərir. Bundan çıxış edərək hazırlanan təkliflərdə məişət zorakılığı ilə bağlı sanksiyaların cinayət məcəlləsinə daxil edilməsi nəzərdə tutulub. Təcrübədə məişət zorakılığı ilə bağlı hallar baş verdikdə zorakılığı törədənlə məişət zorakılığı qurbanının barışığı ilə işə xitam verilir. Nəticədə zorakılığı törədən şəxs tərəfindən dəfələrlə bu hal təkrarlanır və cəzasızlığa gətirib çıxarır. Bu səbəbdən Komitə münaqişəli ailələrdə barışığın qanunvercilikdə cəmi bir dəfə qəbul olunmasını təklif edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti